Ana Səhifə / Blog / Milli vizası üçün müraciət etmək istəyirəm (D növü)

Milli vizası üçün müraciət etmək istəyirəm (D növü)

Harada edəcəksən? Ərizəni Polşa Respublikasının ərazi üzrə səlahiyyətli Konsulluq Şöbəsinə təqdim etməlisiniz. Ünvan: AZ-1000, Bakı, Kiçik Qala küç. 2, İçəri Şəhər Telefon: +994 12 505 53 60 Email: baku.amb.wk@msz.gov.pl İş saatlari: bazar ertəsi – cümə 9:30 – 13:00 Sənədləri şəxsən təqdim etməlisiniz? Viza müraciətini şəxsən təqdim etməlisiniz. Diplomatik nümayəndəlik faks, məktub və ya elektron poçtla göndərilən müraciətləri qəbul etmir. Görüş necə olur? Viza müraciəti üçün e-konsulat sistemində görüş təyin edin. Yeni tarixlər hər ayın onuncu günü 15:00-16:00 arası əlavə olunur Unutmayın ki, planlaşdırılan səfərdən iki həftədən gec olmayaraq viza üçün müraciət etməlisiniz. Hansı sənədləri təqdim etməlisiniz? e-konsulat sistemində doldurulmuş, çap edilmiş və imzalanmış viza müraciət ərizəsi; 3.5 x 4.5 sm ölçülü rəngli fotoşəkil. Şəkil olmalıdır: kəskin, ağ fonda hazırlanmış və yüksək keyfiyyətli kağız üzərində çap olunmalıdır 6 aydan yuxarı olmayan, Düz qabağa çəkilərək, başın yuxarısından yuxarı çiyinlərə qədər hər iki tərəfdən gözləri və üzü açıq şəkildə göstərməlidi, üz fotoşəklin 70-80%-ni əhatə etməlidir. Şəkil üçün baş örtüyü çıxarılmalıdır. Son on ildə verilmiş pasport, planlaşdırılan geri dönüş günündən ən azı 3 ay müddətində etibarlı olmalıdır, vizalar üçün minimum 2 boş səhifə olmalıdır. Şəxsi məlumatları və fotoşəkili olan pasport səhifələrinin sürəti. Avropa İttifaqında etibarlı olan 30.000 AVRO-dan az olmayan bir miqdarda tibbi sığorta. Viza almaq üçün müraciət etdiyiniz Konsulluq olan ölkədə qanuni yaşayış yerini təsdiqləyən şəxsiyyət sənədinin surəti. Konsulluq Şöbəsi tərəfindən müəyyən edilmiş formada maliyyə təminatını təsdiq edən sənəd. Yaşayış yerini təsdiq edən sənəd (məsələn, rəsmi dəvətnamə və ya otel rezervasiyası). Polşa Respublikası ərazisində olmağın məqsədini təsdiq edən sənədlər. Bundan əlavə, yetkinlik yaşına çatmayan şəxslərin viza müraciət ərizəsinə aşağıdakı sənədləri əlavə edin: Viza ərizəsini təqdim etmək üçün valideynin/valideynlərin yazılı, notarial qaydada təsdiq edilmiş razılığı. Yalnız, bir qəyyum varsa, doğum haqqında şəhadətnamə, digər valideynin müstəsna valideyn səlahiyyətini verən məhkəmə qərarı və ya digər valideynin ölüm haqqında şəhadətnaməsini təqdim edin. Valideynlərin pasportları - əsli və surəti. Doğum haqqında şəhadətnamə - əsli və surəti. Uşaq valideynin və ya qanuni qəyyumun pasportuna daxil edilibsə - ayrıca viza müraciət ərizəsini təqdim edin. Viza valideynin və ya qanuni qəyyumun pasportuna yapışdırılacaq. Unutmayın: Konsulluq şöbəsi daimi yaşayış yerinizi əhatə edən diplomatik nümayəndəlikdə viza üçün müraciət etməlisiniz. Bir qayda olaraq, yuxarıda göstərilən sənədlər qərar vermək üçün kifayətdir, lakin konsul əlavə sənəd tələb edə bilər. Konsul viza ərizəçini görüş üçün dəvət etmək hüququna malikdir, lakin məcburiyyətində deyil. D tipli vizaları, 180 gün ərzində istənilən Şengen ölkələrində 90 gün qalmaq imkanı verir. Bu, Şengen bölgəsində qanuni olaraq yalnız son 180 gün ərzində 90 gündən çox olmadıqda qala biləcəyiniz deməkdir. D tipli viza, maksimum bir illik etibarlıq müddətinə verilə bilər. Unutmayın ki, viza Polşaya giriş zəmanətini vermir – son qərar həmişə Sərhəd Mühafizəsi tərəfindən verilir. Nə qədər ödəyəcəksiniz? Viza müraciətin baxılması üçün ödəniş 80 avro təşkil edir. Aşağıdakı şəxslər viza müraciətin baxılması üçün rüsumun ödənişindən azad olunurlar: • Polyak Kartı sahibləri • Aİ vətəndaşlarının ailə üzvləri: - Aİ vətəndaşının həyat yoldaşı; - Aİ vətəndaşı və ya 21 yaşına qədər həyat yoldaşı, və ya Aİ vətəndaşı və ya həyat yoldaşından asılı olan Aİ-nın vətəndaşı. - Aİ vətəndaşı və ya 21 yaşına qədər həyat yoldaşı, və ya Aİ vətəndaşı və ya həyat yoldaşından asılı olan Aİ-nın vətəndaşı olan varis. • Polşa Respublikası vətəndaşlarının ailə üzvləri: - Polşa Respublikası vətəndaşının həyat yoldaşı; - Yetkinlik yaşına çatmış Polşa Respublikasının vətəndaşının varisi və ya Polşa Respublikasının vətəndaşının həyat yoldaşının varisi , və ya Polşa Respublikasının vətəndaşı və ya həyat yoldaşından asılı olan varis. - Polşa Respublikasının vətəndaşından və ya həyat yoldaşından asılı olan Aİ-nın vətəndaşı. Ödəniş müraciət zamanı yalnız nağd şəkilində və avro ilə qəbul olunur. Viza müraciəti üçün ödəniş Konsulun qərarından asılı olmayaraq geri qaytarılmır. Hazırlanma vaxtı? Vizanın verilməsi barədə qərar ödəniş tarixindən etibarən 15 iş günü ərzində verilir. Sənədləri ətraflı yoxlamaq lazımdırsa, müraciətə baxılması 30 günə qədər uzadıla bilər. Təcili və əsaslandırılmış hallarda, üç iş günü ərzində qərar qəbul edilə bilər. Sənədləri necə alacaqsınız? Qərarınızı, sənədlərinizi təqdim etdikdən sonra aldığınız qəbzin üzərində göstərilən gündə 14:00-15:00 arası Konsulluq Şöbəsində alacaqsınız. Siz necə birdaha müraciət edə bilərsiniz? Konsulun qərarı ilə razı deyilsinizsə, viza müraciətinə yenidən baxılması üçün müraciət etmək hüququnuz var. Viza qərarı verən şöbəyə onu qəbul etdikdən 14 gün ərzində təqdim etməlisiniz.Belə bir ərizənin verilməsi üçün ödəniş 80 avro təşkil edir. Yenidən baxılma üçün müraciətlər, bazar ertəsindən cümə gününə qədər saat 15:00-dan 16: 00-dək qəbul olunurlar. Bunun üçün qeydiyyatdan keçmək lazım deyil. Tez-tez verilən suallar İşləməyə gedirəmsə, hansı sənədləri əlavə etməliyəm? - Polşada qalmağın ilk ayı üçün sığorta - Peşə təcrübəsini təsdiq edən sənədlər - Polşada bir əcnəbi üçün iş icazəsi (Polşa universitetlərini bitirənlər istisna olmaqla, bu halda sadəcə diplom tələb olunur) İki tərəfli bilet rezervasiyasını təqdim etmək lazımdır? Milli vizalar üçün bir tərəfli bilet rezervasiyasını təqdim etməlisiniz. Viza müraciət ərizəsini təqdim edərkən iş icazəsinin əslinidə təqdim etməliyəm? Bəli. Bank köçürməsi ilə və ya müraciətin baxılması üçün avrodan başqa hər hansısa bir valyutada ödəyə bilərəmmi? Yox. Təhsil almağa gedirəmsə, hansı sənədləri əlavə etməliyəm? - Polşada bütün planlaşdırılan qalacaq müddət üçün sığorta - Ali təhsil nazirinin, doktorantura proqramında oxumağa və ya oxumağa qəbul olması haqqında, əcnəbinin əyani təhsil almağa qəbul olmasına və ya doktoranturada əyyani təhsil almasına və ya oxumağa davam etməsinə dair 09.09.2013 tarixli əmrinə əsasən universitetdən arayış - yaşayış haqqında məlumat - əvvəlki təhsili təsdiq edən sənədlər - maliyyə vəsaiti haqqında sənədlər (sponsorluq ərizəsi, sponsorun qazancı barədə məlumat, hesabdan çıxarış və ya öz hesabında pulun olması haqqında bankdan arayış) - təhsil haqqının ödənilməsini təsdiq edən sənəd

Bənzər Bloglar